"Karpatı"dan ayrılan futbolçu "Keşlə"də - RƏSMİ

20:31 - 7 Avqust 2020

“Keşlə” ukraynalı futbolçu Dmitro Klots ilə müqavilə imzalayıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər "qırmızılar"ın şərəfini qoruyacaq.

 

Klots karyerası ərzində yalnız Ukraynanın “Karpatı” klubunda çıxış edib. O, 5 il ərzində Ukrayna Premyer Liqası çərçivəsində 106 oyun keçirib və 1 qol vurub.

Xəbər xətti