“Keşlə” növbəti transferini reallaşdırıb.
Sportal.az klubun saytına istinadla xəbər verir ki, "qırmızılar" qapıçı Kamal Bayramovla mövsümün sonuna qədər müqavilə imzalayıb.
Son klubu “Səbail” olan 35 yaşlı qolkiper Azərbaycan Premyer Liqasının 2019-2020-ci illər mövsümündə 11 qarşılaşmada meydana çıxıb. O, bu qarşılaşmalarda 17 top buraxıb, 3 matçda isə qapısını toxunulmaz saxlayıb.
saytlarin hazirlanmasi