"Keşlə" Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Laçi" ilə keçiriləcək oyun üçün sifariş ərizəsini UEFA-ya göndərib.
Sportal.az xəbər verir ki, "qırmızılar" Albaniya təmsilçisi ilə oyun üçün 3 qapıçı, 8 müdafiəçi, 9 yarımmüdafiəçi və 2 hücumçu sifariş edib.
Qapıçılar: Kamal Bayramov, Stanislav Namaşko, Əkbər Əliyev;
Müdafiəçilər: Tural Axundov, Şəhriyar Əliyev, Ruslan Əmircanov, Miyusko Boyoviç, Tərlan Quliyev, Azər Salahlı, İlkin Qırtımov, Artur Batista;
Yarımmüdafiəçilər: Rəhman Hacıyev, Cavid İmamverdiyev, Vüsal İsgəndərli, Con Kamara, Dmitro Klyots, Rafael Məhərrəmli, Şahruh Qadoyev, Turan Vəlizadə, Seymur Əsədov;
Hücumçular: Aleşandre Kriştovao, Silvio Junior.
Avqustun 27-də Bakıda "ASK Arena"da keçiriləcək "Keşlə" - "Laçi" görüşü saat 21:00-da başlayacaq.
saytlarin hazirlanmasi