Avropa Liqasının I təsnifat mərhələsində Albaniyanın “Laçi” klubu ilə mübarizədə (0:0, pen. 4:5) turnirlə vidalaşan "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov açıqlama verib.
Sportal.az xəbər verir ki, o, futbolçularda özünəinamın olmadığını deyib:
"Qələbə qazanmaq istəyirdik. Rəqib də yaxşı komanda idi. İmkanlardan istifadə edə bilmədik. Onlara qələbəni qapıçıları qazandırdı. Penaltilər lotereyadır. Məni təəssüfləndirən odur ki, futbolçularda özünəinam yox idi. İlkin Qırtımov kapitandır və məsuliyyəti üzərinə götürdü. Penaltilərə hazırlaşmışdıq, sadəcə, öncədən müəyyənləşdirdiyimiz futbolçular tərəddüd etdilər. Çəkinməsəydilər, qələbə bizimlə olacaqdı. Bu gün dörd futbolçu penaltilər seriyasında özünə inandı. Qorxmaq lazım deyil. Pis oynamadıq, yaxşı mübarizə apardıq. Vaxtilə mən də penalti vurmamışam. Məğlubiyyətdə inamsızlıq rol oynadı".
saytlarin hazirlanmasi