"Keşlə" 3 qolla qalib gəldi

00:34 - 11 Oktyabr 2020

Milli komandaların oyunları ilə əlaqədar futbol üzrə Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Keşlə” bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

 

Sportal.az xəbər verir ki, Yunis Hüseynovun çalışdırdığı kollektiv “ASK Arena”da klubun əvəzedici komandası ilə qarşılaşıb. Oyun əsas komandanın 3:1 hesablı qələbəsiylə başa çatıb.

 

Əvəzedicilərin heyətində Tunar Mütəllimov fərqlənib. Əsas komandanın qollarını isə Rafael Məhərrəmli, Alvaro Tavares və Silvio Junior vurub.

Xəbər xətti