Mövsümün ikinci yarısına hazırlaşan “Keşlə” kamerunlu hücumçu Anatole Abanqı heyətinə qatıb.
Sportal.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı mərkəz hücumçusu ilə 1 illik müqavilə imzalanıb.
Son olaraq Moldovanın “Şerif” klubunda oynayan Abanq buna qədər Çinin “Nantoq”, ABŞ-ın “Nyu York Red Bulls”, Rumınıyanın “Astra”, Finlandiyanın SJK, Danimarkanın “Hobro” və Kamerunun “Reynbou” klublarında çıxış edib.
Həmçinin, Kamerun millisinin heyətində 6 oyun keçirən forvardın aktivində 1 qol və 1 məhsuldar ötürmə var.
saytlarin hazirlanmasi