"Keşlə" daha bir əcnəbini göndərdi

10:10 - 13 Yanvar 2021

“Keşlə” yarımmüdafiəçisi Dmitri Klots ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, ukraynalı futbolçunun mövsümün sonuna qədər olan müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub.

 

24 yaşlı oyunçu ötən ilin yayından "Keşlə"də çıxış edirdi.

 

“Keşlə” daha öncə Aleşandre Kriştovau, Şohrux Qadoyev, Artur Batista və Alvaro Tavareşlə də yollarını ayırıb.

Xəbər xətti