“Keşlə” Azərbaycan kubokunda 30-cu ev qələbəsini qazanıb.
Sportal.az xəbər verir ki, bu, 1/4 finalın “Kəpəz”lə ilk oyununa təsadüf edib. 1:0 hesabı ilə qalib gələn paytaxt təmsilçisi öz meydanında yubiley uğuruna sevinib.
Paytaxt təmsilçisi ölkə kubokunda 1997/98 mövsümündə debüt edib. Komanda turnirdə əvvəl “Xəzər Universiteti”, sonra “İnter” adı altında mübarizə aparıb. Paytaxt təmsilçisinin ilk ev qələbəsi isə yalnız 2001/02 mövsümünə təsadüf edib.
Ölkə kubokunda ən çox ev qələbəsi olan komanda “Qarabağ”dır. Ağdamlıların 56 qələbəsi var.
saytlarin hazirlanmasi