Mövsümün ilk hissəsini "Keşlə"də keçirən, hazırda Ukrayna "Lvov"unda çıxın edən Alvaro Tavareş açıqlama verib.
Sportal.az xəbər verir ki, 25 yaşlı hücumçu "Keşlə"dən ayrılmasından danışıb:
"Həqiqətən də, ayrılmağa ehtiyacım olmadığı bir komandaya qayıtmaq xoşdur. "Keşlə"də yaxşı məşq edirdim. Amma burada mənə kifayət qədər şans verilmədi. Rəsmi oyunlarda bir neçə dəqiqə keçirməyimin səbəblərini başa düşmədim. Buna görə sözləşmənin ləğv edilməsini xahiş etdim və "Lvov"a qayıtdım".
Tavareş ötən ilin sentyabrın 9-da "Keşlə"yə keçmişdi. Onun klubla müqaviləsi həmin il noyabrın 30-u qarşılıqlı razılıq əsasında ləğv edilmişdi.
saytlarin hazirlanmasi