"Keşlə" ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, komandanın yarımmüdafiəçi Sadio Tounkara Premyer Liqanın 16-cı turunda "Zirə" ilə oyunda (2:2) sıradan çıxıb.
Komandasının 2-ci qolunu vuran malili futbolçu oyunu davam etdirə bilməyib və 26-cı dəqiqədə əvəzlənib. Onun bir müddət komandaya kömək etməyəcəyi gözlənilir.
28 yaşlı futbolçu qış fasiləsində paytaxt təmsilçisinə keçib. O, meydana çıxdığı 5 oyunda 1 qol vurub.
saytlarin hazirlanmasi