Sənan Qurbanov: "Qol vura bilmirsə, ehtiyatda qalacaq"

21:00 - 8 Mart 2021

Azərbaycan Premyer Liqasında XIX turun “Neftçi” – “Keşlə” (3:1) oyunundan sonra təkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Sənan Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi...

 

- Bütün həftə boyu hazırlaşmışdıq. “Neftçi”nin oynamasına imkan verməməliydik, eyni zamanda öz oyunumuzu göstərməli idik. İlk dəqiqələrdə bu alınmadı. Uşaq səhvlərindən iki top buraxdıq. Ancaq 90 dəqiqə ərzində istədiyimiz oyunu görə bildik. Ancaq əlimizə düşən imkanlardan istfadə edə bilmədik. Bu da hücum xəttində futbolçuların ustalıq səviyyəsinin o qədər də yüksək olmaması ilə əlaqədardı. Ancaq oyun hücumlarımız şəraitindən keçdi, 7-8 real imkanımız oldu. “Neftçi”nin usta futbolçuları qol vurdu, biz isə yararlana bilmədik.

 

- Özünüz də hücumçu olmusuz. İlk hissədə 4 epizodu qaçırsaydız, baş məşqçiniz sizə nə deyərdi?
- Çox yaxşı sualdı. Elə qol imkanları idi ki, bunları qaçırdıqda söz tapa bilmirsən. Nə etmək olar. Başqa çıxış yolumuz yoxdu. Bu da bizim hücumçumuzdu. Bir hücumçu qol vurmalıdı. Bunu edə bilmirsə, minimum şəkildə ehtiyatda qalır.

 

- Zaur Axundovu sonuncu dəfə nə zaman görmüsüz? Nə qədər dözəcək?
- Zaur müəllim komandanın yanındadı. Oyun üslubumuzda inkişaf görünür. Sadəcə kobud səhvlərdən qollar buraxırıq. Ötən matçlarda da belə olub, bu gün də eyni şeyi yaşadıq.

Xəbər xətti