550-ci qol

18:18 - 9 Mart 2021

“Keşlə” Azərbaycan çempionatlarında 550-ci qolu buraxıb.

 

Sportal.az xəbər verir ki, Bu qola Premyer Liqanın XIX turunda “Neftçi”nin futbolçusu Namiq Ələsgərov imza atıb. 1:3 hesabı ilə uduzan “Keşlə”nin buraxdığı son top yubiley qolu olub. Bu, 1999/2000 mövsümündən ölkə çempionatında “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış edən komandanın 584-cü görüşünə təsadüf edib. Bakılılar hər oyunda orta hesabla 0,94 qol buraxıb. Bu toplardan 215-i evdə, 335-i səfərdə buraxılıb.


“Keşlə” Azərbaycan çempionatlarında 550 və daha çox qol buraxan 5-ci komandadır. Yalnız “Turan” (690), “Kəpəz” (654), “Neftçi” (637) və “Qarabağ” (634) daha çox qol buraxıb.


Paytaxt təmsilçisi ilk qolu 1999-cu il oktyabrın 29-da “Şəfa” ilə ev matçında (0:1) buraxıb. Bu qola Emin İmaməliyev imza atıb.

Xəbər xətti