"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Premyer Liqanın 20-ci turunda "Sumqayıt"la 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, o. nəticəni şərh edib:
"Deyiləsi bir söz yoxdur. Lənət üstümüzdən getmək istəmir. Bilirdik ki, fasilədən sonra rəqib təzyiqi artıracaq. Bərabərlikdən sonra toparlana bildik, yenə qol vurduq. Təəssüf ki, hesabı qoruya bilmədik. Qarşıda fasilə var, çalışacağıq çatışmazlığı aradan qaldıraq".
Qurbanov komandanın müdafiəçisi İlkin Qırtımovun koronavirusa yoluxduğunu söyləyib: "Bu gün testin nəticəsi müsbət çıxdı. Onu dərhal izolyasiya etmişik".
saytlarin hazirlanmasi