“Keşlə” Azərbaycan çempionatında 350-ci səfər qoluna imza atıb.
Sportal.az xəbər verir ki, bu, Premyer Liqanın XX turuna təsadüf edib. “Sumqayıt”la qarşılaşmayadək (2:2) 349 dəfə fərqlənən paytaxt klubunun yubiley qoluna Azər Salahlı imza atıb. Rəqib meydanında 294-cü matçına çıxan bakılılar qol sayını 351-ə də çatdırıb. Əvvəllər “Xəzər Universiteti” və “İnter” adlarını da daşımış komandanın orta məhsuldarlığı 1,19-a bərabərdir. Paytaxt klubu səfər qollarının sayına görə ölkə çempionatları tarixində 3-cüdür.
“Keşlə” ölkə çempionatlarında ilk səfər qoluna 1998/99 mövsümündə imza atıb. 1999-cu il noyabrın 28-də “ANS-Pivani” ilə səfər görüşündə (1:4) Rövşən Süleymanov fərqlənib.
saytlarin hazirlanmasi