"Keşlə"nin qapıçısı Farer adalarına qarşı oynadı

17:03 - 26 Mart 2021

"Keşlə"nin qapıçısı Stanislav Namaşkonun formasını geyindiyi Moldova millisi DÇ-2022-nin seçmə mərhələsində ilk oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, komanda səfərdə Farer adaları ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Namaşko start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

Moldova millisi Farer adaları ilə yanaşı, Danimarka, Avstriya, Şotlandiya və İsraillə F qrupunda mübarizə aparər.

Xəbər xətti