Şəhriyar Əliyev: "Millidə hər mövqedə ciddi rəqabət var"

13:49 - 27 Mart 2021

Azərbaycan millisinin müdafiəçisi Şəhriyar Əliyev Qətər yığmasına qarşı keçirəcəkləri beynəlxalq yoldaşlıq oyunundan əvvəl fikirlərini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, o, hazırlıq barədə danışıb:

 

“Hər oyuna necə hazırlaşırıqsa, Qətər millisi ilə oyuna da elə hazırlaşırıq. Rəqibin oyununu izləmişik. Baş məşqçi necə oynamaq lazım olduğunu bizə izah edib. Bu oyunda ən yaxşı oyunumuzu oynayıb nəticə qazanmaq istəyirik. Bu oyun həm də digər futbolçuların oynamaları, təcrübə qazanmaları baxımından yaxşı fürsətdir.


Millidə hər mövqedə ciddi rəqabət var. Bu rəqabət müdafiə xəttində xüsusillə fərqlənir. Təbii ki, rəqabət olan yerdə inkişaf olur. Milli komandada oynamaq şərəfdir. Baş məşqçi şans verəcəyi təqdirdə özümü sübut edib əsas heyətin üzvü olmağa çalışacağam”.

Xəbər xətti