Azərbaycan Premyer Liqasında XXII turun “Zirə” – “Keşlə” (0:0) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Sənan Qurbanov jurnalistlərin suallarını cavablandırdı.
Sportal.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi...
- “Zirə” səfəri həmişə çətin olub. Rəqib ilk “3-lük”də qərarlaşıb. Futbolçular əllərindən gələni etdilər. Meydança ağır idi. Futbolçulara ikiqat güc düşdü. Oyunçuların zədələnməməsi çox vacibdi. Çünki qarşıda həm çempionat, həm kubok oyunlarımız var. Futbolçuların sağlam olması vacibdi. Tərlandan başqa itkimiz olmadı. İnşallah, onun da zədəsi ciddi olmaz. Səfərdən 1 xalla gedirik. 3 xal vacib idi. Bununla belə, irəli baxmalı, əllərimizi yanımıza salmamalıyıq.
- Tərlan Quliyevin məcburi əvəzlənməsindən başqa heç bir dəyişiklik etmədiz. Bu, nə ilə bağlı idi?
- Oyundan əvvəl də onun ayağımnda ağrılar var idi. Meza Kolli çoxdan idi komanda ilə məşq etmirdi. Yevgeni Koçuk da komandadan ayrı düşmüşdü. Zədə olmaması üçün ehtiyatlandıq.