Zaur Axundov: "Mövsümü mütləq titulla bitirməliyik"

10:55 - 30 Aprel 2021

“Hələ kuboku qazanmadığımızdan, heç nə deyə bilmərəm".

 

Sportal.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov "Zirə"yə 3:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra deyib.

 

Funksioner çətin oyundan qalib ayrılan komandasının futbolçularına təşəkkürünü bildirib. O, əsas hədələrinin kuboku qazanmaqdan ibarət olduğunu vurğulayıb: "Hələ mövsüm bitməyib. Qarşıda bizi çempionat oyunları gözləyir. Burada 4 vacib qarşılaşma keçirəcəyik. Kubokun finalına da xüsusi hazırlaşmalıyıq. “Keşlə” bu mövsümü mütləq titulla bitirməlidir. Bizim əsas hədəfimiz də budur. Çempionatdakı uğursuzluğu kubokun qalibi olmaqla siğortalamalıyıq. Yenə deyirəm, əsas hədəfimiz finalda qələbə qazanmaqdı. Bu məqsədimizi yüz faiz həyata keçirməliyik”.

 

"Keşlə" finalda "Sumqayıt"la qarşılaşacaq. Oyun mayın 24-də "Bank Respublika Arena"da keçiriləcək.

Xəbər xətti