"Keşlə" ilə müqaviləsi başa çatan Sezar Meza Kolli açıqlama verib.
Sportal.az xəbər verir ki, adı "Neftçi" ilə hallanan paraqvaylı yarımmüdafiəçi klubun Müşahidə Şurasının sədri Zaur Axundovun ondan "Keşlə"də qalmasını xahiş etdiyini bildirib:
"Zaur Axundovla bu barədə görüşümüz oldu. Onunla münasibətim çox yaxşıdır. Ata-oğul kimiyik. Məndən “Keşlə”də qalmağımı istədi. Mən isə indi qazanılan kubokun dadını çıxarmaq istədiyimi bildirdim. Gələcəklə bağlı qərarımı daha sonra sakit şəkildə verəcəyəm”.
Bir müddət əvvəl Azərbaycan millisinə cəlb oluncağı deyilən futbolçu Paraqvay yığmasına dəvət almamasına münasibət bildirib: "Bu, mənim yaralı yerimdir. Təəssüf ki, yığmadan heç kim mənimlə əlaqə saxlamayıb. Başa düşürəm, Azərbaycan çempionatı elə də populyar deyil. Amma ümidimi itirməmişəm, öz üzərimdə işləməyə davam edirəm. Hər oyunçu öz ölkəsinin yığmasında forma geyinmək istəyər. Ümid edirəm ki, bu, nə vaxtsa baş verəcək. Amma olmasa belə, sakitliyimi qoruyacağam".
saytlarin hazirlanmasi