"Keşlə" 3 əcnəbi ilə yollarını ayırdı

19:19 - 26 May 2021

"Keşlə" futbol klubu 3 oyunçusu ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Sənan Qurbanovun "Report"a verdiyi məlumata görə, Con Kamara, Sadio Tounkara və Silvio Rodriges komandadan göndərilib. Sözügedən oyunçularla başa çatan müqavilənin müddəti yenilənməyib.

 

Kamara 2019-cu ilin yanvarından "Keşlə"də çıxış edirdi. Rodriges ötən ilin yayında, Tounkara isə başa çatan mövsümün ikinci yarısında Bakı klubuna keçmişdi.

 

Çempionatı 26 xalla 6-cı pillədə başa vuran "Keşlə" ölkə kubokunun finalında "Sumqayıt"ı məğlub edərək, titula sahib çıxıb.

Xəbər xətti