Rövnəq Abdullayev: "Azərbaycanda azarkeşlərlə Türkiyənin qələbələrini izləyəcəyik"

11:30 - 28 May 2021

AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan millisinin Türkiyə yığmasına qarşı keçirdiyi yoxlama matçından sonra fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, o, millimizin 1:2 hesabıyla uduzduğu görüşdən sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:

 

“Türkiyə millisinə uğurlar arzulayıram. Bu komandanın AÇ-2020-dəki iki matçı Bakıda keçiriləcək. İnanırıq ki, Romadan qələbə ilə qayıdacaqlar. Azərbaycanda azarkeşlərlə Türkiyənin qələbələrini izləyəcəyik. Onlara qələbələr arzulayıram. Ümid edirəm ki, Bakıdakı oyunlarda uğurlu çıxış edəcəklər və azarkeşləri sevindirəcəklər”.

Xəbər xətti