"Liverpul"un Ozan Kabak qərarı

13:29 - 28 May 2021

"Liverpul" "Şalke"dən icarəyə götürdüyü Ozan Kabakla bağlı qərar verib.

 

Sportal.az xəbər verir ki, "qırmızılar" türkiyəli futbolçunun transfer hüququna yiyələnməyəcək. Bu səbəbdən 21 yaşlı müdafiəçi II Bundesliqaya yuvarlanan komandasına qayıdacaq.

 

Gənc oyunçu ilə "Lester Siti" və "Leyptsiq" klubları maraqlanır.

 

Ozan mersisaydlılarda 13 oyun keçirib.

Xəbər xətti