Super Liqaya vəsiqə qazanan klub "Neftçi"nin futbolçusunu istəyir

16:16 - 28 May 2021

“Neftçi”nin yarımmüdafiəçisi Sabir Buqrin karyerasını Türkiyədə davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, Super Liqaya vəsiqə qazanan “Girəsunspor” 24 yaşlı futbolçu ilə yaxından maraqlanır.

 

Debütant mərakeşli futbolçuya təklif göndərib. Buqrinin “Neftçi” ilə müqaviləsi olsa da, “Girəsunspor” onun üçün transfer məbləği ödəməyə hazırdır (futbolinfo.az).

Xəbər xətti