“Hələlik Nuriyevi sadəcə, izləyirik” - Türkiyədən təsdiqlədilər

09:00 - 31 May 2021

“Çaykur Rizespor”un idman direktoru Yılmaz Bal Azərbaycan yığmasının üzvü Anatoli Nuriyev barədə danışıb.

 

Sportal.az xəbər verir ki, klub rəsmisi millimizin forvardını izlədiklərini təsdiqləyib:

 

“Anatoli Nuriyev yaxşı oyunçudur. Onu izləyirik. Lakin onu mütləq transfer edəcəyik deyə bir şey yoxdur. Futbolçu ilə də heç bir görüş və ya danışıq olmayıb. Sadəcə izləmişik və izləməyə davam edirik” (futbolinfo.az).

 

24 yaşlı hücumçu Ukraynanın "Minay" klubundan ayrılıb.

Xəbər xətti