"Sivasspor" Troy Diniyə təklif göndərdi

15:15 - 31 May 2021

Türkiyəni UEFA Konfrans Liqasında təmsil edəcək "Sivasspor" klubu hücum xəttini gücləndirmək üçün hərəkətə keçib.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi İngiltərənin Çempionşipində mübarizə aparan "Uotford"la müqaviləsi başa çatan Troy Diniyə təklif göndərib.

 

32 yaşlı hücumçu 2 illik müqavilə təklifinə hələ ki cavab verməyib.

 

Yamayka əsilli ingilis hücumçu 2010-cu ildə "eşşək arıları"nda çıxış edir.

Xəbər xətti