Gökhan Gönül debütantla anlaşdı

15:28 - 31 May 2021

"Fənərbaxça"da qalmayacağı dəqiqləşən Gökhan Gönülün yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı cinah müdafiəçisi Super Liqaya vəsiqə qazanan "Adana Dəmirspor"la anlaşıb.

 

Təcrübəli futbolçu başa çatan mövsüm "Fənərbaxça"da 22 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Xəbər xətti