Ceyhun Sultanov "Keşlə"dən getdi

15:48 - 1 İyun 2021

Ceyhun Sultanov “Keşlə”nin idman direktoru vəzifəsifəsinden ayrılıb.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı sport24.az-a 42 yaşlı funksionerin özü verdi. O, klubla arasında hec bir problemin yaşanmadığını bildirdi:

 

“Muqavilə müddətim bitdi. Daha sonra rəhbərliklə görüşdüm və belə qərara gəldik ki, işbirliyini davam etdirməyək. Şadam ki, “Keşlə” ölkəmizi Konfrans Liqasında təmsil etmək hüququ əldə etdi. Bu müddət ərzində bu kollektivdə çalışdığıma görə Zaur Axundova təşəkkürümü bildirdim, “Keşlə”yə uğurlar arzuladım”.

 

Sultanov “Keşlə”yə bu ilin yanvarında gəlmişdi.

Xəbər xətti