Azərbaycan millisinin futbolçusu Azər Salahlı Moldova ilə yoldaşlıq oyunu öncəsi fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, "Keşlə"nin müdafiəçisi bunu deyib:
"Sabah bizi çətin oyun gözləyir. Moldova yığması yaxşı komandadır. Biz də görüşə ciddi hazırlaşmışıq. Yoldaşlıq matçı olsa da, bizim üçün önəmlidir. Çünki öz gücümüzü görürük. Sabah qalib gəlib, xalqımızı sevindirmək istəyirik".
Salahlı millidə uzun müddət qalmaq üçün əlindən gələni edəcəyini vurğulayıb: "Sonradan milliyə dəvət aldım. De Byazinin gəlişindən sonra yığmada debüt etdim. Əlimdən gələni etməyə hazıram ki, burada qalıcı olum".
saytlarin hazirlanmasi