"Keşlə" seneqallı yarımmüdafiəçiyə təklif göndərdi

14:42 - 7 İyun 2021

Azərbaycan Kubokunun son qalibi "Keşlə" Şimali Makedoniyanın "Şkupi" klubunun futbolçusu Omar Qudiabiyə təklif göndərib.

 

Sportal.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında komandanın baş məşqçisi Sənan Qurbanov məlumat verib. 41 yaşlı mütəxəssis seneqallı vingerdən cavab gözlədiklərini bildirib.

 

26 yaşlı hücumameylli oyunçu ötən mövsümü icarə əsasında Şimali Makedoniyanın digər klubu olan "Pelister"də keçirib.

 

"Şkupi" geridə qalan mövsümdə UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi"nin rəqibi olub. Bakıda baş tutmuş matçda flaqmana 1:2 hesabı ilə uduzan Skopye təmsilçisi mübarizəni erkən dayandırıb.

Xəbər xətti