Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Keşlə"nin rəqibi olan Rusiyanın "Soçi" klubu yeni transferini açıqlayıb.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi braziliyalı müdafiəçi Rodriqaonu transfer edib. 25 yaşlı mərkəz müdafiəçisi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
O, son iki mövsümü Portuqaliyanın "Jil Visente" klubunda keçirib.
"Soçi" bundan əvvəl xorvatiyalı müdafiəçi Mateo Baraçı da heyətinə cəlb edib.
"Keşlə" "Soçi" ilə ilk oyununu iyulun 22-i səfərdə keçirəcək. Cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.
saytlarin hazirlanmasi