"Keşlə"nin rəqibi qalib gəldi

22:49 - 14 İyul 2021

"Keşlə"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Soçi" yoldaşlıq oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, komanda Rusiyanın digər Premyer Liqa təmsilçisi "Ximki" ilə qarşılaşıb və qalib gəlib - 3:2.

 

"Soçi" daha əvvəl "Spartak"la yoxlama oyununda 0:4 hesabı ilə uduzub.

 

"Keşlə" "Soçi" ilə ilk oyununu iyulun 22-si səfərdə keçirəcək.

Xəbər xətti