Kamerun millisinin qapıçısı Karlos Kameni qəza törədib.
Sportal.az xəbər verir ki, 37 yaşlı qolkiper ölkəsinin qərb bölgəsində üzləşdiyi hadisə nəticəsində ağır yaralanıb. Hadisə zamanı bir insan dünyasını dəyişib.
Kameni hazırda Cibutinin "Arta Solar" klubunda çıxış edir. O, Avropada "Havr", "Sent-Etyen", "Espanyol", "Malaqa" və "Fənərbaxça"da çıxış edib.
saytlarin hazirlanmasi