“Keşlə” bu gün Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Rusiyanın “Soçi” komandası ilə üz-üzə gələcək.
Sportal.az xəbər verir ki, Soçidə keçiriləcək qarşılaşma azarkeşlərin iştirakı olmadan keçiriləcək. Bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, daha öncə “Soçi” – “Keşlə” matçına təxminən 500 azarkeş buraxılacağı açıqlanmışdı. Lakin son anda buna da ehtiyac duyulmayıb.
“Soçi” – Keşlə” matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Bu komandalar arasındakı cavab görüşü iyulun 29-da Bakıda keçiriləcək.
saytlarin hazirlanmasi