Avropa Konfrans Liqasında "Keşlə" Rusiyanın "Soçi" klubu ilə qarşılaşıb.
Sportal.az xəbər verir ki, qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatan oyundan sonra Rusiya təmsilçisinin baş məşqçisi Vladimir Fedotov mətbuat konfransında fikirlərini bildirib:
"Oyuna əvvəldən sona kimi nəzarət etdik. Rəqib qol vuranda bunu əldən verdik. Xüsusi olaraq Felipe Santosu qeyd etmək istəyirəm. Braziliyalı bütün komandanı aldadaraq 2 qolun vurulmasına səbəb oldu. Oyunçularımın çoxu oyun ərzində bütövlüklə müdafiəyə toplaşırsa, bu, baş məşqçi kimi məni narahat edir. Evdəki kimi uzaqdan zərbələr vura bilmədik. Hər halda bu görüşdə qələbə qazanmaq bizə nəsib oldu".
Daha sonra Fedotov jurnalistlərin suallarını cavablandırdıb.
- "Soçi"nin futbolçuları çox aqressiv idilər. Bunun səbəbi nə idi?
- Tribunada olanda epizodlar başqa cür görsənir. Düşünürəm ki, mənim futbolçularımda aqressiya çatmırdı. Topu hərəkət etdirəndə oyunçularım ehtiyyatlı davranırdılar. Rəqibə boşluqlar verirdilər. Onlar da bundan istifadə edib, rahat davranırdılar. Ot örtüyünün də suni olması sürətin azalmasına səbəb olurdu. Bu mənada düşünürəm ki, biz aqressiv deyildik. Oyundan öncə futbolçularıma bildirmişdim ki, yenə qələbə qazanmalıyıq. Onlara minnətdaram ki, onlar mənim sözümü yerə salmadılar. Onlar bütün güclərini sərf edərək qalib gəldilər. Ev oyunumuzda azarkeşlər yox idi. Bu qarşılaşma isə yayımlanırdı. Uşaqlar özlərini azarkeşlərə göstərməli idilər. Futbolçularım buna nail oldular.
- "Keşlə"nin potensialını necə qiymətləndirirsiz?
- Komanda bildiyim qədəri ilə yeni qurulub. Bir çox oyunçular "Keşlə"yə yeni qoşulub. Ola bilər ki, bir qədər oyun praktikasından əziyyət çəkirlər. Fərdi ustalıqları üstün olan futbolçuları var. İndi qalıb komanda olaraq formalaşmaları. Bundan sonra onların üçün hər şey yaxşı olacaq. Bu komanda hücumameyillidi. Bu da hər kluba üstünlük verən amildi. "Keşlə"yə uğurlar arzu edirəm.
- Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşmaq ehtimalınız var. Azərbaycan yenidən səfər etmək istəyərsiz?
- Mən dünən də dedim ki, ölkənizə ikinci dəfədi gəlirəm. Bura mənə çox xoş təsir bağışladı. Bakı həqiqətən də gözəl şəhərdi. Dünən "Neftçi"nin matçında tribunalar dolmuşdu. Bugün də "Keşlə"nin matçında azarkeşlər var idi. Burada hər şey çox gözəldi. Amma indi ancaq reallıqdan danışmaq lazımdı. Hələ pley-off mərhələsinə vəsiqə qazanaq. Bundan sonra nələrin olacağını görəcəyik.
- Konfrans Liqasında qazanılan bu qələbələr Rusiya çempionatında komandaya motivasiya ola bilər?
- Əlbəttə ki, bu qələbə bizim üçün çox vacib idi. Çox məsələlərdə bizə kömək olacaq. Bu qələbə bizim əhvalımızı müsbətə doğru dəyişəcək.