"Beşiktaş" Kostaya təklif göndərdi

16:53 - 1 Avqust 2021

"Atletiko"dan ayrılan Dieqo Kostanın yeni klubu hələ ki müəyyənləşməyib.

 

Sportal.az xəbər verir ki, İspaniya millisinin keçmiş üzvü karyerasını Türkiyədə davam etdirə bilər. Hücumçu axtarışında olan "Beşiktaş" 32 yaşlı hücumçu ilə danışıqlar aparır. Məlumata əsasən, İstanbul təmsilçisi Kostaya illik 4 milyon avro maaş təklif edib.

 

Kosta Braziliyanın "Barselona" klubunun yetirməsidir. O, Avropa karyerasına 2006-cı ildə Portuqaliyanın "Braqa" klubunda başlayıb. "Atletiko" hücumçunu 2007-ci ildə "Braqa"dan 1,5 milyon avroya transfer edib. O, 2014-cü ildə 38 milyon avroya "Çelsi"yə transfer olub. Madrid təmsilçisi 4 il sonra keçmiş hücumçusunu 60 milyon avro qarşılığında yenidən heyətinə qatmışdı.

Xəbər xətti