"Neftçi"nin legioneri: "Bu, hələ son deyil"

14:55 - 4 Avqust 2021

“Neftçi”nin futbolçusu Yusuf Laval Bakıda Finlandiyanın HİK komandası ilə keçirilən oyundan sonra sosial şəbəkə hesabında paylaşım edib.

 

Sportal.az xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi, HİK-lə ilk matçın nəticəsinin elə də yaxşı olmadığını qeyd edib:

 

“Ən yaxşı nəticə deyil. Amma bu, hələ son deyil. Haydı, uşaqlar!”

 

“Neftçi” Bakıdakı ilk oyunda HİK-lə 2:2 hesablı heç-heçə edib. Cavab görüşü avqustun 12-də, Helsinkidə olacaq.

Xəbər xətti