"Qalatasaray"dan 22 yaşlı müdafiəçi üçün 6,5 milyon avroluq təklif

13:50 - 7 Avqust 2021

"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, "sarı-qırmızılar" "Kopenhagen"in müdafiəçisi Viktor Nelssonla yaxından maraqlanır. Türkiyə mediasının yazdığına görə "cim bom" Danimarka təmsilçisinə 6,5 milyon avroluq təklif göndərib.

 

22 yaşlı mərkəz müdafiəçisi "Qalatasaray"da oynamaq istəyir. "Kopenhagen" İstanbul təmsilçisinin təklifini qəbul etsə, transfer gerçəkləşəcək.

 

Qeyd edək ki, Nelsson 2019cu ildən "Kopenhagen"də çıxış edir. O, Danimarka milli komandasının da üzvüdü.

Xəbər xətti