"Kopenhagen"in futbolçusu "Qalatasaray"da

18:18 - 8 Avqust 2021

"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, "sarı-qırmızılar" "Kopenhagen"in müdafiəçisi Viktor Nelssonla razılığa gəlib. Bu keçid İstanbul klubuna 7 milyon avroya başa gəlib. Transfer tezliklə açıqlanacaq.

 

22 yaşlı mərkəz müdafiəçisi 2019-cu ildən "Kopenhagen"də çıxış edirdi. Nelsson Danimarka millisinin üzvüdür.

Xəbər xətti