"Beşiktaş" Rəşidin transferini bitirdi - hücumçu da tezliklə açıqlanacaq

19:48 - 8 Avqust 2021

"Beşiktaş" Əlcəzair millisinin üzvü Rəşid Gözəlin transferi üçün "Lester Siti" ilə razılaşıb.

 

Sportal.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın vitse-prezidenti Əmrə Kocadağ məlumat verib. Onun məlumatına görə, İstanbul təmsilçisi 29 yaşlı futbolçunun transfer hüququnu "Lester Siti"dən alıb.

 

Təcrübəli futbolçu ilə 4 illik razılıq əldə edilib. Onun illik maaşı 3 milyon avro olacaq.

 

Rəşid Gözəl ötən mövsüm icarə əsasında İstanbul klubunda çıxış etmişdi. O, 35 oyunda 8 qol və 18 məhsuldar ötürmə ilə yadda qalmışdı.

 

Klub rəsmisinin sözlərinə görə, "Beşiktaş" bir hücumçu transfer edəcək: "Hücum xəttinə 2-3 namizədimiz var. İnşallah, qısa müddətdə həll edəcəyik".

 

Əmrə Kocadağ bildirib ki, razılığa gəldikləri 31 yaşlı braziliyalı yarımmüdafiəçi Aleş Teyşera tezliklə İstanbula gələcək və komandaya qoşulacaq.

Xəbər xətti