"Fənərbaxça"nın futbolçusunun çiyni çıxdı

12:27 - 12 Avqust 2021

Yeni mövsümə hazırlaşan Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, "sarı-lacivərtlilər"in yarımmmüdafiəçisi Dimitris Pelkas zədələnib. Bu gün baş tutan məşqdə yunanıtsanlı futbolçunun çiyni çıxıb.

 

Klubun yaydığı açıqlamada bildirilib ki, 28 yaşlı oyunçunun çiyni yerinə salınıb və müalicəsinə başlanılıb. Təcrübəli futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı müalicə prosesindən asılıdı.

 

Qeyd edək ki, Pelkas "Fənərbaxça"ya 2020-ci lilin yayında Yunanıstanın PAOK klubundan keçib. O, ötən mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 32 oyunda 7 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti