"Fənərbaxça" "Arsenal"ın futbolçusu üçün hərəkətə keçdi

16:54 - 12 Avqust 2021

"Fənərbaxça" "Arsenal"ın müdafiəçisi Sead Kolaşinatsı transfer etmək istəyir.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi bosniyalı futbolçuya 3 illik müqavilə təklif edib. 28 yaşlı futbolçu təklifi qəbul etsə, illik 1,8 milyon avro maaş alacaq. Tərəflərin tezliklə anlaşacağı gözlənilir.

 

Kolaşinats ötən mövsümün ikinci yarısını icarə əsasında "Şalke"də keçirib.

Xəbər xətti