"Keşlə"də maaşlar 50 faiz azaldı, iki məşqçi ilə yollar ayrıldı

14:35 - 13 Avqust 2021

"Keşlə" klubunda maliyyə problemi yaşanır.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisində iclas keçirilib. İclasda büdcənin azaldılması ilə bağlı qərar qəbul edilib. Nəticədə klubun akademiyasında işləyən məşqçilərin maaşları 50 faiz azaldılıb.

 

Bundan başqa "Keşlə"nin U-15 komandasının baş məşqçisinin köməkçisi Ədəhim Niftəliyev və U-14-ün baş məşqçisi Cavad Hilalovla yollar ayrılıb.

Xəbər xətti