"Hesab oyuna görə olmadı" - Sənan Qurbanovun məğlubiyyət şərhi

22:54 - 14 Avqust 2021

Azərbaycan Premyer Liqasının ilk turunda evdə "Sumqayıt"a uduzan (0:1) "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov oyundan sonra mətbuat konfransında iştirak edib. Sportal.az xəbər verir ki, 41 yaşlı mütəxəssis öncə məğlubiyyəti şərh edib:

 

- İlk oyun olduğu üçün gərgin başladıq. İkinci hissəni isə tam bizim aktvimizə yazmaq olar. Hesab oyuna görə olmadı. "Sumqayıt" ikinci hissəni müdafiə olundu, biz isə hücumda keçirdik. Əks hücumlarda qollar vurdular. Üzgünük, amma gələcəyə baxmaq lazımdı. Qol imkanlarından yararlana bilmədik. Bizi üzən də budu.

 

- İlk hissdə daha çox uzaqdan zərbələr vurdunuz. Bu, qapıçı dəyişikliyi ilə bağlı idi?
- Bilirdik ki, "Sumqayıt" qapanan komandadı. Uzaqdan zərbələr əvvəlcədən planda var idi.

 

- "Keşlə" necə qol vura bilər?
- Elə epizodları vurmadəq ki, təəccüblüdü. Bəxt bizdən üz döndərmişdi. Amma bu, o demək deyil ki, belə davam edəcək. Məşqlərdə bunun üzərində işləyəcəyik.

 

- Amil Yunanovu oyuna gec buraxdız. Tam hazır deyil?
- Artıq məğlub olurduq. Ona görə də müdafiəçini hücumçu ilə əvəzlədik. Anatole Abanq üzrəinə düşən işi edir, amma qol vura bilmir. Amil Yunanova da inanırıq. Gələcəkdə onu meydanda daha çox görə bilərik.

Xəbər xətti