Türkiyə Super Liqası baş məşqçi istefası ilə başladı

14:16 - 15 Avqust 2021

Türkiyə Super Liqasında mövsümün ilk baş məşqçi istefasi reallaşıb.

 

Sportal.az xəbər verir ki, "Kasımpaşa" baş məşqçi Şenol Canın işinə son verib. Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. 38 yaşlı mütəxəssislə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.

 

Qeyd edək ki, "Kasımpaşa" Super Liqanın ilk turunda "Hatayspor"la 1:1 hesablı heç-heçə edib.

Xəbər xətti