Baş məşqçi Bupendzanın transferini açıqladı

15:23 - 15 Avqust 2021

"Hatyaspor"un baş məşqçisi Ömər Ərdoğan komandanın hücumçusu Aron Bupendzanın başqa kluba keçdiyini deyib.

 

Sportal.az xəbər verir ki, o, qabonlu forvardın komandanın düşərgəsindən ayrıldğını deyib:

 

"Bupendzanı satmışıq. Yeni klubla anlaşıb. Türkiyədən kənara gedir. Rəsmi açıqlama veriləcək".

 

Türkiyə mediasının məlumatına görə, 25 yaşlı hücumçu Qətərin "Əl-Ərəbi" klubu ilə 3 illik razılığa gəlib. Türkiyə klubu bu keçid üçün 5 milyon avro təzminat alıb. Qabon millisinin üzvü illik 2 milyon avro maaş alacaq.

Xəbər xətti