Mişi Batşuayi "Beşiktaş"da

13:59 - 15 Avqust 2021

"Beşiktaş" hücum xəttini gücləndirib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Çelsi"nin hücumçusu Mişi Batşuayini icarəyə götürüb. Belçika millisinin üzvü 1 il "qara qartallar"da çıxış edəcək. Tərəfələr bu barədə razılığa gəliblər.27 yaşlı futbolçunun 1 mövsüm ərzində qazancı 2,4 milyon avro olacaq.

 

Batşuayi ötən mövsümü İngiltərənin "Kristal Pelas" klubunda icarədə keçirib. O, meydana çıxdığı 20 matçda 2 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

 

"Çelsi" Batşuayini 2016-cı ildə "Marsel"dən 36 milyon avroya transfer edib.

Xəbər xətti