Sərgən Yalçın Kostanın əvəzinə niyə Batşuayini seçib?

16:12 - 15 Avqust 2021

"Beşiktaş" hücum xəttini "Çelsi"nin futbolçusu Mişi Batşuayi ilə gücləndirib. Sportal.az xəbər verir ki, Belçika millisinin üzvü ilə 1 illik icarə müqaviləsi imzalanıb.

 

"Qara qartallar" maraqlandığı digər hücumçu Dieqo Kostadan imtina edib. Komandanın baş məşqçisi Sərgən Yalçın bunun səbəbini açıqlayıb:

 

"Dieqo Kosta yaxşı futbolçudur, amma maaşı çoxdur. Əgər bizə gəlsəydi, komanda daxilində tarazlığı pozacaqdı. Bu səbəbdən transferinə "yaşıl işıq" yandırmadım. Batşuayi müdafiə xəttini yarmağı bacaran hücumçudur. İrəlidə Kayl Larinlə möhtəşəm cütlük olacaqlarına əminəm. Fərqli özəlliklərə sahibdirlər və bir-birlərini tamamlayacaq səviyyədədirlər. Batşuayi irəlidə işimizi asanlaşdıracaq. Növbəti həftə İstanbula gələcək və keçid rəsmiləşəcək".

 

"Beşiktaş"la anlaşmayan Dieqo Kosta Braziliyanın "Atletiko" Mineyro klubu ilə 1 illik müqavilə imzalayıb. Onun illik maaşı 3 milyon avro olacaq.

Xəbər xətti