Namik Ələskərovun komandası baş məşqçisiz qaldı

16:01 - 16 Avqust 2021

Türkiyə 1-ci liqasında mübarizə aparan "Bursaspor" klubunda istefa reallaşıb.

 

Sportal.az xəbər verir ki, "timsahlar" baş məşqçi Mustafa Ər ilə yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 41 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Qeyd edək ki, "Bursaspor" mövsümün ilk oyununda "Adanaspor"la 1:1 hesablı heç-heçə edib.

 

Xatırladaq ki, Azərbaycan milli komandasının üzvü Namik Ələskərov "Bursaspor"da çıxış edir.

Xəbər xətti