"Xalqımızı Zəfər günü münasibətilə təbrik edirik. Şəhidlərimizin sayəsində başıuca gəzirik. Oyuna gəlincə, inanılmaz xarakter göstərdik. Həftə ərzində necə oynayacağımızı müzakirə etdik. Hesabda geri düşsək də, toparlandıq. Belə qələbələr şirin olur. "Neftçi" kimi komanda ilə oyunda geri dönüş etmək asan deyil. Ən böyük uğur sahibi oyunçulardır".
Sportal.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov evdə "Neftçi"yə 3:2 hesabı ilə qalib gəldikləri Premyer Liqanın X tur matçından sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis bildirib ki, əsas istəyi komanda şəklində oynamaqdır: "Bu gün bunu etməyə çalışdıq. Öndə pressinq edə arxada boşluqlar ola biləcəyini bilirdik. Səhvlər var, gələcəkdə onları təkrar etməməyə çalışacağıq".
O, hakimlərin idarəçiyinə də toxunub: "İlk epizod mənə görə penalti idi. Amma Rauf Cabbarov israr etdi ki, qayda pozulmayıb. VAR sistemi olsaydı, 100 faiz penalti təyin olunacaqdı".
Qurbanov Anatole Abanqın çıxışını da dəyərləndirib: "Özünü yaxşı tərəfdən göstərməyə başlayıb. İlin sonunda müqaviləsi bitir. Komandada saxlamaq istəyirik. Yaşam tərzi 180 dərəcə dəyişib".
Mütəxəssis qələbəni çılğın şəkildə qeyd etməsinin səbəbini açıqlayıb: "Bu cür geri dönüş baş məşqçini sevindirməyə bilməz. Futbolçular məşqlərdə dəridən-qabıqdan çıxmışdılar. Bu gün meydanda əziyyət çəkdilər. Bu səbəbdən çox sevindim. Bu qələbə bizim üçün uğur sayılır. Zaur Axundov hər zaman komandaya mükafat ayırır".
saytlarin hazirlanmasi