"Keşlə" kapitanını itirdi

16:15 - 4 Dekabr 2021

"Keşlə" Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində "ASK Arena"da  "Səbail"lə qarşılaşır.

 

Sportal.az xəbər verir ki, bu görüşdə meydan sahibləri ciddi itki ilə üzləşib. Belə ki, sağ cinal müdafiəçisi İlkin Qırtımov zədələnib. Kapitan oyunu davam etdirə bilməyib və 14-cü dəqiqədə onun əvəzinə meydana Tural Axundov daxil olub.

 

Qeyd edək ki, hazırda ilk hissəsi davam edən "Keşlə" - "Səbail" matçında hesab açıqlmayıb.

Xəbər xətti